Haqqımızda

Seven Services – Azərbaycanın aparıcı dijital agentliklərindən biridir.

Biz 2006-ci ildən texnoloji innovasiyaları biznesin müxtəlif sferalarına tətbiq edirik. Şirkətimizdə bütün növ dijital layihələri realizə edə bilən peşəkar mütəxəssislər çalışır.

Əsas fəaliyyət istiqamətlərimiz djital strategiyaların formalaşdırılması, sosial media alətlərinin tətbiqi və proqram təminatı həllərinin yaradılmasından ibarətdir. Məhsul və həllərimiz beynəlxalq miqyasda tətbiq və istifadə edilir.

Azərbaycanda proseslərin və müştərilərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi və idarə edilməsi üzrə proqram təminatlarının ilk yaradıcılarındanıq.

CRM – sistemimizin ilk versiyası 2008-ci ildə istifadəyə verilmişdir. Hal-hazırda proqram təminatı CRM.AZ adlanır. Bakı şəhərində CRM (müştərilərlə əlaqələrin idarə edilməsi) proqram təminatı müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə uğurla tətbiq edilmişdir.

Seven Services - İnternet saytların və intranet sistemlərin yaradılması üzrə də böyük təcrübəyə malikdir. Biz veb saytları müxtəlif ölçülü ekranlara adaptiv yaradırıq və onları axtarış sistemləri üçün optimizasiya (SEO) edirik.

Bizim həllər kompleks şəkildə bir-biri ilə əlaqəli olaraq tətbiq edilir.

İnternet sayt üzərindən qəbul edilən sifariş və ya sorğular CRM sistemə qeydlər ilə avtomatik olaraq yerləşdirilir. Beləliklə siz biznesinizə bir pəncərədən tam nəzarət etmək imkanına malik olursunuz. Bu alətlər satışın və müştəri məmnuniyyətinin artırılmasına böyük tövhə verir.

Biz sadə və korporativ internet saytlar, iOS və Anroid mobil platformaları üçün mürəkkəb tətbiqlər, sosial media marketinq həlləri, axtarış sistemləri üçün optimallaşdırma, müştərilərlə qarşılıqlı münasibətlərin (CRM), satış və anbarın (POS), layihələrin (Kanban) idarə edilməsi sistemləri yaradırıq.

2017-ci ildən şirkətimiz startup-lara texniki dəstək göstərməkdədir. Hal-hazırda portfelimizdə müxtəlif sahələr üzrə 10-a yaxın startup vardır.