15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

2018-ci ildə sosial şəbəkələrdə marketinqə təsir edəcək 5 əsas tendensiya

Müasir dövürdə sosial şəbəkələr marketinq siyasətinin əsas platformalarından biridir. Və ildən ilə gedən inkişaf prosesi əlbəttə ki, bu platformalardan da yan keçmir. Bu məqalə də elə 2018-ci ildə sosial şəbkələrdə olacaq əsas 5 trend haqdadır. 

1. Çat botları. 

Çat botu – dünyanın istənilən yerindəki alıcılarla, istənilən məsələnin həlli üçün dərhal əlaqə qura bilən alətdir. 2017-ci ildə şirkətlər çat botlarını sınaqdan keçirtməyə başladı və uğurlu nəticələr əldə olundu.

2. Storie-li formatlar.

Storie-ləri maksimal dərəcədə effektiv istifadə edin, bu üsulla məqsəd auditoriyanızı xeyli genişləndirə bilərsiniz.

3. Əlavə reallıq (Virtual reallıq).

Bu il Apple bazara iPhone 8 və iPhone X çıxardı, hansılarki öz sahiblərini əlavə reallıq dünyasına apara bilirlər. Bununla da bağlı sosial kanallar öz platformalarına VR tətbiq etməyi planlaşdırırlar.

4. Təsir üçün fərdiləşdirmə mütləqdir.

İstifadəçilər artıq şablom məktublar almaqdan beziblər. Çünki bütün şirkətlər potensial alıcılarına kütlə kimi münasibət göstərir. Belə bir mühitdə hər izləyiciyə ayrı bir fərd kimi münasibət göstərən brend əlbəttə ki, onlara daha yaxın olacaq.

5 .Video.

Tezliklə bütün istehlakçılar üçün nəzərdə tutulmuş kontentlər video formatına keçəcək, bunun üçün də videoçarxlarınızın keyfiyyəti və cəlb ediciliyi haqda düşünmə vaxtıdır artıq. Məqsəd auditoriyanızın istəklərini araşdırın və ona uyğun fərqli kontentləri sınaqdan keçirin.

Sizə maraqlı ola bilər: İnstaqramda izləyici sayını artırmağın yolları