15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

Akkauntun strukturu və iş elementləri

  Əsas baza elementimiz səhifəmizin özüdür.

  Sizinlə əlaqə saxlamaq üçün müştərilər:
1. Sizə zəng edə bilər.
2. SMS yaza bilər.
3. Elektron Poçta yaza bilər.
4. Saytınıza keçə bilər.
5. Paylaşdığınız postların altında komment saxlaya bilər.
6. Direct’ə yaza bilər.
7. Messenger (WhatsApp)a yaza bilər.
8. Olduğunuz yerə gələ bilər.

Bunları da müştərlər bircə düymənin köməyi ilə edə bilərlər. Bunun üçün instagram hesabınızı Biznes-Profil etməlisiniz. Bununla bağlı növbəti məqaləmizdə oxuya bilərsiniz.

  “İnstagramda nələri etmək olmaz ?”
1. Bot qoşmaq – Botlar izləyiciləri süni yolla cəlb edir. İzləyicilər də gec ya tez bunu biləcək və sizdən ayrılacaqlar.

2. Spam yerləşdirmək – “Spam” dedikdə, təhqiredici sözlər, normalara uyğun olmayan şəkil və videolar və s. nəzərdə tutulur. Bunun nəticəsində səhifəniz bal oluna bilər. Ban haqqında ətraflı növbəti məqalələrimizin birində oxuya bilərsiniz.
3. Bir səhifənin dublikatını yaratmaq – Məsələn, bizim rəsmi instagram hesabımız “@Seven.Services”dir: https://www.instagram.com/seven.services/ .  Və biz əlavə səhifələr, məsələn, “_seven_services”, “seven_services” və s. açırıqsa, səhv etmiş oluruq. Bunun nəticəsində siz müştəriləri çaş-baş sala bilər və onları itirə bilərsiniz.
4. İnstagramda olan like, komment və follow limitlərinin həddini aşmaq.
5. Başqa şirkətlərin fikir və kontentini oğurlamaq.
6. İnstagram qaydalarını pozmaq.

Sizə maraqlı ola bilər: İnstagram hesabının qorunması (Sındırma, Oğurlanma, Ban)