15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

Hekayə və canlı yayımlar

Hekayə və canlı yayımlar həm daha çox tanınmağımıza, həm də alıcı və izləyicilərimizlə daha yaxından əlaqə qurmağımıza kömək edir.
Hekayədə instagramın özündə şəkil çəkmək, qalereyadan şəkil götürmək, həmin şəklə yazı, smayl əlavə etmək, əllə çəkil çəkmək, həmçinin, yer, saat, sorğu və s. yerləşdirmək olar. Daha sonra boomerang, geriyə çəkiliş, sadə video çəkiliş etmək yaxud sadəcə yazı yazmaq olar. Hekayədə şəkil 3 saniyə, video 3-15 saniyə arası olur və onun ömrü cəmi 24 saatdır. 24 saat sonra hekayələr avtomatik olaraq silinir. Amma buna baxmayaraq, istənilən bir hekayəni seçib yaddaşa qoymaq olar. Və beləliklə, sizin səhifənizə daxil olan istənilən izləyici sizin 3, 5 hətta 10 həftə öncə yaddaşa qoyduğunuz hekayəni Актуальные (Aktual olanlar) bölməsindən izləyə bilər. Eyni zamanda da, səhifənizdə Архив Историй (Hekayələr Arxivi) bölməsindən indiyə qədər paylaşdığınız bütün hekayələrə baxa bilərsiniz. Lakin bunu ancaq səhifənin sahibi edə bilər.
Canlı yayımlar daha çox ünsiyyət vasitəsidir. Canlı yayım vasitəsilə müştərilər suallarını, təklif, irad, razılıq-narazılıqlarını sizə şəxsən edə bilər. Canlı yayımı bitirdikdən sonra onu hekayəyə yerləşdirmək olar. Hekayəyə yerləşdirilən canlı yayımın ömrü də 24 saatdır. 24 saat sonra o da avtomatik olaraq silinəcək. Canlı yayım müddəti maksimum 1 saatdır.

Sizə maraqlı ola bilər: Bayram ərəfəsində effektiv reklam kampaniyasının qurulması