15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

Hostinq

hostinq-hosting

Saytların bir serverdə işləməsi üçün lazım olan xidmətə qısaca olaraq Hostinq deyilir. Hostinq internet şəbəkəsində olan bir server haqqında məlumat yerləşdirmək üçün resursları təmin edən bir xidmətdir. Veb saytınız üçün bu xidmət server tərəfindən təşkil olunur.

Özünüzə aid bir veb sayt yaratmaq istəyirsinizsə, əvvəlcə bir domen almalısınız. Daha sonra hazırlanmış olan ya da hazırlanacaq olan veb saytınızın fayllarının (html, php, asp, fotoşəkil faylları və.s) işləyəcəyi bir sahənin olması lazımdır. Hazırlanan veb saytı hostinq sahəsinə yükləyə bilərsiniz. Beləliklə saytınızı ziyarət etmək istəyən istifadəçilər axtarış sistemlərində (məsələn: İnternet Explorer, Firefox, Netscape, Google Chrome kimi) sizin domen ünvanınızı yazdıqlarında internet saytınızı ziyarət edə biləcəklər.

Xidmət ödənişli və pulsuz ola bilər və bu xidməti verən sistem, əslində çox sürətli bir internetə bağlı olan kompüterdən fərqlənmir. Veb saytınıza aid faylları saxlayan və internet istifadəçilərinə çatdıran bu kompüterlərə veb-serverlər deyilir. Beləliklə, bu məlumatların saxlanması və yayımlanması prosesi veb-hostinq adlanır. Eyni zamanda yüzlərlə veb saytı nümayiş etdirə bilməsi, ən əsası çox sürətli bağlantı sürətinə malik olması onun ən vacib və üstün cəhətlərindəndir.

Qiymətə təsir edən əsas xüsusiyyətlər aşağıdakılardır:

  • Server əməliyyat sistemi növü (Windows, Linux, Unix, Centos, Redhat, FreeBSD)
  • Verilənlər bazası dəstəyi (MySQL, MSSQL, Access və.s)
  • Admin paneli (Plesk, cPanel , Entrenix və.s)
  • SSL dəstəyi, təhlükəsizlik sertifikatı ( VeriSign, Thawte, Comodo və.s)
  • Server Side skriptləri ( NET,  ASP, PHP və.s)

Hostinq aşağıdakı növlərə bölünür:

  • Virtual hosting – eyni hüquqlara və məsuliyyətə sahib olan bir çox saytlardan ibarət server.
  • Dedicated virtual server – VPS – administrator hüquqlarına malik olan şəxs müstəqil olaraq proqramları konfiqurasiya edə və zəruri hallarda yenisini qura bilər.
  • Dedicated server – ayrı bir OS proqram təminatı ilə serverin tam idarəçiliyidir.
  • Colocation – fərdi, sahibkar şirkətin sahibi olan bir serverin hostinq şirkətinin məlumat mərkəzində yerləşdirilməsi.

Sizə maraqlı ola bilər: Mağazaların inkişafı üçün 4 internet-marketinq strategiyası.