15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

İnstagram hesabının tərtibatı

Yadınızda saxlayın: İnstagram hesabınıza daxil olan müştərinin marağını qazanmaq üçün sizin cəmi 3 saniyə vaxtınız var.

Bu 3 saniyə ərzində müştəri:
1. Nə satdığınızı.
2. Ona nə üçün lazım olduğunuzu.
3. Başqalarından nə ilə fərqləndiyinizi.
4. Hal-hazırda onun nə etməli olduğunu anlamalıdır.

  Hesabın tərtibatının əsasları:
1. Login (Səhifənizin adı) – Kampaniya yaxud brendinizin adı ola bilər.
2. Avatar (Profil şəkli) – Kampaniyanızın logosu ola bilər. Həm də avatar rəngli və cəlb edici olmalıdır.
3. Rubrika – Səhifənizi biznes-profilə çevidikdən sonra bu funksiya işə salınır. Burada siz nə işlə məşğul olduğunuzu insanlara açıq-aydın təqdim edə bilərsiniz.
4. Özünüz haqqında – Bu bölmədə kompaniya yaxud brendiniz haqqında ətraflı məlumat və eyni zamanda, buraxdığınız endirimlər və kampaniyalar haqqında ətraflı məlumat verə bilərsiniz.
5. Aktiv link – Burada rəsmi veb-sayt yaxud başqa sosial şəbəkələrdə olan səhifələrinizə keçid etmək üçün link qoya bilərsiniz.
6. Ünvan – Burada şirkətinizin ünvanını qeyd edə bilərsiniz.

Sizə maraqlı ola bilər: İnternetin marketinqdə rolu