15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

İP ünvanı, DNS

İP-ünvan-DNS-domen

İnternet üzərindəki hər bir kompüterə İP ünvanı adlanan unikal bir ünvan verilir.

İP ünvanı nədir?

İP-ünvan-DNS-domen

İnternet şəbəkəsinə qoşulmuş kompüterlərin hər birinin rəqəmlərdən ibarət özünəməxsus İP ünvanı var. Kompüterlər bu ünvanlar vasitəsilə bir-biri ilə məlumat mübadiləsi edə bilirlər. Tipik bir İP ünvanı rəqəmlərdən ibarət olur. Günümüzdə ən çox istifadə olunan ünvan 32 bit həcmində olan İPv4 ünvanıdır. Onun forması 212.75.102.14 şəklində təsvir olunur. Yəni, nöqtələrlə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Buna da İP ünvanın forması deyilir.

İndi isə İPv6 ünvanlarının formasına baxaq. İPv6 ünvanı İPv4-dən fərqli olaraq 128 bit uzunluğundadır. Bu da ümumilikdə 2^128 sayda İP ünvan deməkdir. İPv6 ünvanları 16-lıq say sistemi rəqəmləri ilə yazılır: 2001: 0db8: 85a3: 0000: 0000: 8a2e: 0370: 7334

Buradan aydın olur ki, kompüterlərdən fərqli olaraq, istifadəçilərin gündəlik ziyarət etdiyi bütün veb saytların İP ünvanlarını yadda saxlaması çox çətindir. Sözləri isə xatırlamaq ədədləri xatırlamaqdan çox daha asandır. Buna görə də mütəxəssislər tərəfindən kompüterin ədədi ünvanını xatırlamaq üçün “domen adları sistemi” (DNS) yaradılmışdır. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur.

DNS (Domen adları sistemi) nədir?

İP-ünvan-DNS-domen

Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir.

Domen adı bir domen daxilində istənilən hərf və rəqəmlərdən ibarət ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və internetdə yerləşən müxtəlif veb-saytların ünvanını göstərir.

Məsələn, siz brauzerinizə domain.com ünvanını yazdığınızda brauzer ilk olaraq www.domain.com İP ünvanını almalıdır. Brauzer, veb-səhifələrin saxlandığı serverin yerini sorğulamaq üçün bir DNS server ilə əlaqə saxlayır.

Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. DNS internet üçün ünvanlaşdırma sistemidir.

Domen adlarının növləri

  • Milli domenlər – milli zonalarda domenlərə nəzarət edən Beynəlxalq təşkilatdır. Bildiyiniz kimi, hər bir ölkə öz adına uyğun xüsusi domenə malikdir. Məsələn, Az-Azərbaycanın İnternetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – de, Rusiyada – ru, Türkiyədə – tr və s. qəbul edilmişdir.
  • Funksional domenlər – funksional zonalarda domenlərə nəzarət edən Beynəlxalq təşkilatdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir.

Funksional domenlərin növləri:

İP-ünvan-DNS-domen

  • com – kommersiya təşkilatları
  • org – qeyri- kommersiya təşkilatları
  • edu – təhsil müəssisələri
  • biz – sahibkarlıq fəaliyyəti
  • gov – dövlət və yerli özünüidarə orqanları
  • info – kütləvi informasiya vasitələri
  • name – fiziki şəxslər
  • net – internet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr

Sizə maraqlı ola bilər: Sayt üçün loqo və şüar. Onların yaradılması, rolu və xüsusiyyətləri.