15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

Rəqiblərin analiz üsulları

rəqiblərin-analiz-üsulları

Əvvəlki məqalələrimizdə biz bazar tədqiqatının, marketinq strategiyasının əhəmiyyətini, sahibkarlıq prosesinin bütövlükdə təsirini, marketinqdə rəqabəti və birinci addım olan rəqiblərin analizini araşdırdıq. Potensial müştəri qrupunun bütün ehtiyaclarını, istəklərini və tələblərini ətraflı şəkildə təsvir etdikdən sonra, bazar seqmentində rəqiblər analiz edilməlidir.

Hər bir iştirakçının (alıcı, satıcı və ya şirkət) ehtiyac və qərarları bazar seqmentində gedən bütün proseslərin gedişatına bilavasitə öz təsirini göstərir. Buna görə də edilən təhlillər bir-biri ilə bağlı olaraq edilməli və bütün bunlar birlikdə nəzərə alınmalıdır. Beləliklə nəticədə bu proseslər bazar seqmentində baş verən bütün aktual problemlərin həllinə kömək edəcəkdir.

Bununla yanaşı şirkətlər öz strategiyalarını inkişaf etdirmək üçün rəqiblərin analizindən istifadə edirlər.  Nəticədə rəqiblərinizin mövcud vəziyyətini analiz edə bilər və yarana biləcək vəziyyətlərə qarşı apardıqları tədbirləri müəyyən edə bilərsiniz. Bu təhlilləri yerinə yetirmək sizi bazar seqmentində daha da gücləndirər və hər hansı vəziyyətə qarşı hazır olmağınızı təmin edər.

Rəqiblərin analiz üsulları

SWOT-analiz. Bu ən ümumi üsuldur və çatışmazlıqların, üstünlüklərin, imkanların və təhlükələrin müəyyənləşdirilməsinə əsaslanır. Bu üsul sayəsində rəqibin zəifliklərini və öz problemlərini həll etmək üçün güclülərini müəyyən etmək mümkündür. Belə bir təhlil strateji planlaşdırmaya imkan verir. Belə ki, strategiya  zəifliklərin aradan qaldırılması, mümkün təhlükələrdən qorunmaq üçün güclü və zəif tərəflərin aşkarlanması üzərində qurula bilər. Belə bir analiz bizə rəqabət mühitinin daha da tam görünüşünü əldə etməyə imkan verir.

SPACE-analiz. O şirkətin maliyyə imkanlarını və məhsulların üstünlüklərini sənayenin uğurlu inkişafı üçün əsas amillər hesab edir. Bu analiz, bir sıra xüsusiyyətlərə əsasən şirkətin rəqabət mövqeyini müəyyənləşdirir. Bu mövqe mühafizəkar, təcavüzkar, müdafiəçi ola bilər. Mövqə bazarın qeyri-sabit mövqeyi və malların rəqabət üstünlükləri ilə ortaya çıxır.

PEST-analiz. Şirkətin makro mühitini təhlil etmək üçün ən təsirli üsuldur. Bu üsul adətən sənayedə bazar meyllərini müəyyən etmək üçün istifadə olunur. Nəticələrdən SWOT təhlili üçün imkanları və təhdidləri müəyyən etmək məqsədilə istifadə olunur. Bununla yanaşı həm də uzunmüddətli strateji planlaşdırma üçün istifadə olunur. Michael Porter üsulu ilə rəqabət güclərinin analizi. Bütün sənaye üçün rəqabət vəziyyətini müəyyən etmək üçün istifadə olunur.

Porterin rəqabət nəzəriyyəsinə görə, bazarda beş əsas qüvvə var. Bu qüvvələr aşağıdakıları əhatə edir:

  • alıcıların potensialı,
  • təchizatçıların potensialı,
  • yeni iştirakçıların (alıcı, satıcı və ya şirkət) təhlükəsi,
  • alternativ məhsulların yaranma təhlükəsi,
  • sənayedə iştirakçılar arasında rəqabət.

Porter bu qüvvələrin bazar rəqabətini tamamilə müəyyən etdiyinə əmin idi. Porter analizi bizə rəqabət güclərinin intensivliyini müəyyən etməyə imkan verir.

Sizə maraqlı ola bilər: Marketinqin satışdan fərqi