15 49.0138 8.38624 both 1 both 0 4000 1 1 horizontal https://seven.services/blog 300

Server

server

Bu gün informasiya texnologiyasının təməlini təşkil edən serverlər istifadəçilərin həyatının mühüm bir hissəsidir. Server adətən IBM, NEC, Hewlett-Packard, Intel kimi böyük şirkətlər tərəfindən istehsal olunur. O bütün İT infrastrukturlarının əsasını təşkil edən ən mühüm komponentlərdən biridir və vahid şəbəkədə mərkəzi resurs və ya xidmətə çıxış imkanı verən bir kompüter və ya proqramdır.

Server yerinə yetirilən vəzifələrin maksimum təhlükəsizliyini təmin edir və internet istifadəçilərinin fayllarını və veb saytları saxlamaq, istəklərə cavab vermək və istənilən məlumatı təmin etmək, verilənlər bazası ilə işləmək və çox sayda istifadəçiyə məlumat vermək üçün istifadə olunur. Onlar internetin fəaliyyətində və korporativ şəbəkələrin işlənməsində mühüm rol oynayır. Bununla yanaşı şirkətlərin işlərini əhəmiyyətli dərəcədə sadələşdirir və veb-saytların, xəbər agentliklərinin fəaliyyətinin təmin olunmasını, habelə internet istifadəçiləri tərəfindən məlumatların alınmasını təmin edir.

Server digər kompüter proqramlarına və onun istifadəçilərinə göstərilən xidməti təmin edən kompüter proqramıdır. Bir serverin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təhlükəsiz, fasiləsiz və sabit bir performans ilə məlumat axınını təmin etmək qabiliyyətidir.

Müştəri/server proqramlaşdırma modelində bir server proqramı eyni və ya digər kompüterlərdə işləyən müştəri proqramlarından gələn istəkləri qəbul edir və yerinə yetirir. Bir kompüterdə verilmiş bir proqram digər proqramlardan istifadəsi olan və həmçinin digər proqramlardan gələn sorğuların serveri kimi xidmət verə bilər.

Server növləri

Serverlər adətən məqsədlərinə görə təsnif edilirlər. Belə ki, onlar çox fərqli məqsədlər üçün istifadə edilə bilirlər. Məsələn, Veb server istənilən HTML səhifələrinə və ya fayllarına xidmət edən kompüter proqramıdır. Veb məzmunu tələb edən proqrama müştəri deyilir. Məsələn, Veb brauzeri HTML fayllarını veb serverlərdən tələb edən bir müştəridir.

Bunlardan başqa serverlərin çox sayda növləri mövcuddur:

  • Application – şəbəkədə tətbiqi proqramın iş məntiqini təmin edən bir proqramdır.
  • Proxy – istifadəçi və hədəf server arasında vasitəçi kimi çıxış edir. Bir kompüter kimi istifadəçinin və ya müştərinin tələb etdiyi xidmətlə başqa bir server arasında vasitəçilik edən proqramdır.
  • Mail – e-poçtları alan və göndərən bir proqramdır.
  • File –  şəbəkə daxilində faylları və qovluqları paylaşır.
  • Database – verilənlər bazası məlumatlarının saxlanması, bütövlüyü və təhlükəsizliyi üçün məsuliyyət daşıyır.

Sizə maraqlı ola bilər: “Instagram”da biznes profilin idarə edilməsində 10 dəyərli məsləhət